Son sutkada 42 minə yaxın vaksin vurulub

Son sutkada 42 minə yaxın vaksin vurulub
  26 Oktyabr 2021    Oxunub:539
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 41 233 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 348, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 885 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 424 902, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 086 757, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 338 145 təşkil edir.

AzVision.az


Teqlər: Vaksin  





Xəbər lenti