"Heç kim münasibətlərimizə qarışa bilməz" - İsrail səfiri

   "Heç kim münasibətlərimizə qarışa bilməz" -    İsrail səfiri
  26 Oktyabr 2021    Oxunub:636
“Biz, İsrail-Azərbaycan münasibətlərinin inkişafını və çiçəklənməsini görməkdən məmnunuq”.
AzVision.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik tvitterdə bildirib.

Diplomat deyib ki, “Rebuild Karabakh” sərgisində İsrailin hər tərəfindən olan müxtəlif texnologiyaları tətbiq edən şirkətlərin təmsil ounması İsrail və Azərbaycan arasındakı dostluq və inkişaf edən münasibətlərin simvoludur.

"Biz, bu dostluğu dəyərləndiririk və getdikcə inkişafından məmnunluq duyuruq. Və heç bir üçüncü dövlət, heç kim bizim münasibətlərimizə nə qarışa, nə də ona mane ola bilər. Bizim əməkdaşlığımızın gələcəyinin parlaq olacağına və İsraillə Azərbaycan arasında daha çox iş birliyi görəcəyimə ümid edirəm. Kənardan gələn səsləri nəzərə almadan, tərəfdaşlığımızı daha da gücləndirməyi səbirsizliklə gözləyirik", - diplomat qeyd edib.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: İsrail   Azərbaycan  





Xəbər lenti