Ərdoğanın təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına enib - VİDEO

   Ərdoğanın təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına enib  -  VİDEO
  26 Oktyabr 2021    Oxunub:1697
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana birgünlük səfəri başlayıb.
AzVision.az xəbər verir ki, Ərdoğanın təyyarəsi Füzuli hava limanına enib.

Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Türkiyə Prezidentinin qarşılanma mərasimi keçirilir.

Qeyd edək ki, R.T.Ərdoğanı səfər çərçivəsində ətraf mühit və şəhərsalma naziri Murat Kurum, xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, nəqliyyat və infrastuktur naziri Adil Karaismayıloğlu, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və prezidentin mətbuat katibi İbrahim Kalın müşayiət edir.



AzVision.az



Teqlər: Prezident   İlhamƏliyev  





Xəbər lenti