Bakıda bina söküntüsünə görə yol bağlanır, xəbərdarlıq edildi

   Bakıda bina söküntüsünə görə yol bağlanır,    xəbərdarlıq edildi
  26 Oktyabr 2021    Oxunub:954
Bakı Şəhər Dövlət Yol Polis İdarəsi Nərimanov rayonunda bağlanacaq yollarla bağlı əhaliyə müraciət edib.
AzVision.az xəbər verir ki, İdarənin müraciətində paytaxtın Nərimanov rayonu ərazisində Heydər Əliyev prospektinin Ağa Nemətulla küçəsi ilə kəsişməsindən metronun “Nəriman Nərimanov” istiqamətinə gedən yolun kənarında, yəni, Ağa Nemətulla küçəsi-32 ünvanında yerləşən istismara tam yararsız, yarısökülmüş vəziyyətdə olan binanın uçma təhlükəsi yarandığı qeyd edilib.

Bildirilib ki, həmin binanın qanunvericilikdə nəzərdə tutulmuş sənədlər əsasında tam sökülməsi qərara alınıb. Bu məqsədlə oktyabrın 26-da saat 21:30-dan etibarən Heydər Əliyev prospektindən Ağa Nemətulla küçəsi istiqamətinə əlavə yolda avtomobillərin və marşrut üzrə işləyən ictimai nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır və istiqaməti dəyişdirilir.

“Qısa müddətli söküntü işləri tam başa çatanadək hərəkətlə bağlı təhlükəsizliyi təmin etmək məqsədilə bütün hərəkət iştirakçılarına (piyadalara, avtomobil sürücülərinə, ictimai nəqliyyat vasitələrini idarə edən və bu nəqliyyatdan istifadə edən sərnişinlərə) müraciət edirik ki, göstərilənləri nəzərə alıb alternativ yollardan istifadə etsinlər”, – deyə müraciətdə qeyd olunub.

AzVision.az



Teqlər: Yol  





Xəbər lenti