Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirilib
İclasda Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev Müşahidə Şurasına görülən işlər, həmçinin icrası nəzərdə tutulan layihələr üzrə sənəd və təkliflər barədə ətraflı məlumatı təqdim edib.
İclas iştirakçıları Qarabağda icra olunacaq layihələrə ayrılacaq maliyyə dəstəyi barədə ətraflı müzakirələr aparıb. Müzakirələr zamanı tarixi abidələrin bərpası üzrə maliyyə dəstəyinin göstərilməsi, Qarabağda ekoloji tarazlığın bərpası üzrə layihələrin həyata keçirilməsi, ianələrin cəlb olunması, Fondun ştat cədvəlinə dəyişikliklərin edilməsi və gündəlikdə duran digər məsələlərə toxunulub.
Müşahidə Şurası tərəfindən 2021-ci ilin sonunadək Fond tərəfindən həyata keçirilməsi planlaşdırılan layihələr öz təsdiqini tapıb.
Müşahidə Şurası Fondun gördüyü işlər və fəaliyyət istiqamətləri barədə razılıqlarını ifadə edərək, İdarə Heyətinə müvafiq tapşırıqlar verib.
AzVision.az
Teqlər: QDF