Həbsxanadan çıxanlara nə qədər müavinət verilir? - DSMF açıqladı

 Həbsxanadan çıxanlara  nə qədər müavinət verilir? -  DSMF açıqladı
  26 Oktyabr 2021    Oxunub:1558
Cəzaçəkmə müəssisəsindən azad olunan və sosial adaptasiyaya ehtiyaca olan şəxslərə birdəfəlik müavinət təyin edilir.
AzVision.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov "Sosial saat" verilişində qonaq olarkən deyib. O bildirib ki, bu müavinət minimum əmək haqqının 4 misli miqdarında verilir:

“Həmin şəxsin sosial adaptasiya ehtiyacı olub-olmadığı araşdırılır. Bu vətəndaşın müraciəti əsasında fondun əməkdaşları tərəfindən müəyyən edilir. Əgər həmin şəxsə müavinət düşürsə, birdəfəlik 1000 manat müqabilində müavinət təyin edilir”.

Aytən Zəhra
AzVision.az




Teqlər: Müavinət   Cəzaçəkmə  





Xəbər lenti