İbtidai sinif müəllimlərinə pensiya güzəşti gündəmdə deyil - DSMF

   İbtidai sinif müəllimlərinə pensiya güzəşti gündəmdə deyil -    DSMF
  26 Oktyabr 2021    Oxunub:616
Məktəbəqədər və ibtidai sinif müəllimlərinə pensiya müddətində güzəştlərin edilməsi gündəmdə deyil.
AzVision.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov deyib.

O bildirib ki, "Əmək pensiyaları haqqında" Qanuna mütəmadi olaraq dəyişikliklər edilir:

"Sonuncu dəyişikliyə görə qanunda belə bir güzəşt müəyyən edilməyib. Bu məsələ ilə bağlı hansısa bir dəyişikliyin olması məsələsi hələlik gündəmdə deyil".

AzVision.az



Teqlər: Pensiya  





Xəbər lenti