Bayden növbəti dəfə qeyri-adi davranış sərgilədi- VİDEO

   Bayden növbəti dəfə qeyri-adi davranış sərgilədi-   VİDEO
  26 Oktyabr 2021    Oxunub:944
ABŞ prezidenti Jo Bayden qeyri-adi davranışları ilə yenidən dünya mediasının gündəminə gəlib. AzVision.az xəbər verir ki, o ictimaiyyət qarşısında çıxışından sonra qoruyucu maska taxmadan insanlarla görüşüb.
Maraqlısı isə budur ki, prezident yumruğuna öskürdükdən dərhal sonra tribunanın yanında əlini qaldıraraq kiminləsə görüşmək istəyib. Daha sonra qəribə hərəkətlərlə tribunadan düşüb öskürdüyü əli ilə aşağıda insanlarla əl sıxıb.

Bayden anım mərasimində qəribə jest edib- FOTO
Hadisə Nyu Cersidə baş verib. Xatırladaq ki, prezidentin məlum ictimai çıxışından bir həftə əvvəl ABŞ-ın daxili işlər naziri Alexandro Mallorkasda koronavirus infeksiyası aşkarlanmışdı. Bir neçə gün əvvəl isə o, Amerika lideri ilə danışıb.

Qeyd edək ki, Bayden tez -tez anlaşılmaz davranışı və ifadələri ilə gündəmə gəlir. Məsələn Rusiya lideri Vladimir Putinin adını səhv tələffüz edib, "vaksinasiya" ilə "eskalasiya" sözlərini, eləcə də Suriyanı Liviya, İraqı İranla səhv salıb.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Bayden   ABŞ   Virus  





Xəbər lenti