İndiyədək 36 mindən çox ipoteka krediti verilib

   İndiyədək 36 mindən çox ipoteka krediti verilib
  26 Oktyabr 2021    Oxunub :272
Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 36 004 borcalana 1 940,323 milyon manat kredit verib.
Fonddan AzVision.az -a verilən məlumata görə, indiyə qədər 234,128 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 1 092 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Xatırladaq ki, İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

AzVision.az

Teqlər: İpoteka  







Xəbər lenti