"Moskva Ermənistana investisiyalar yatırmağa nikbin baxır" - Rusiya XİN

 "Moskva Ermənistana investisiyalar yatırmağa nikbin baxır" -    Rusiya XİN
  26 Oktyabr 2021    Oxunub :428
"Moskva Ermənistan iqtisadiyyatına investisiya yatırılması perspektivlərinə nikbin baxır". AzVision.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko "RİA Novosti"yə verdiyi açıqlamada məlumat verib.
-Bizim iqtisadi əməkdaşlıq üçün çox yaxşı perspektivlərimiz var. Biz bu perspektivlərə kifayət qədər nikbin baxırıq və inanırıq ki, həqiqətən də Ermənistanda Rusiya investorları, o cümlədən iri investorlar üçün cəlbedici ola biləcək bir sıra sənaye sahələri var, - Rudenko deyib.

Rusiya Ermənistan iqtisadiyyatına 1 milyard dollar sərmayə qoyur
Xatırladaq ki, bu günlərdə Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvax bildirmişdi ki, ölkəsinin Ermənistana yatırdığı investisiyalar yaxın gələcəkdə 1 milyard dollar artaraq 2,2 milyard dolları keçəcək. O, bu vəsaitlərin enerji, infrastruktur və nəqliyyata yönəldiləcəyini də vurğulayıb.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Ermənistan   İnvestisiya   Rusiya  







Xəbər lenti