Bakıda mənzildən kişi meyiti tapılıb

Bakıda mənzildən kişi meyiti tapılıb
  26 Oktyabr 2021    Oxunub :266
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda bir nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Nazirlikdən AzVision.az -a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Səfərov Eldar Sərxan oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az

Teqlər: Meyit  







Xəbər lenti