Rusiyada kütləvi məzarlıq tapılıb

   Rusiyada kütləvi məzarlıq tapılıb
  25 Oktyabr 2021    Oxunub:679
Rusiyanın Nijni Taqil şəhərində kütləvi məzarlıq tapılıb.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 14 nəfərin meytinin qalıqları bir yerə toplanaraq üstü torpaqla basdırılıb. Artıq şəhərin Lenin rayonu üzrə istintaq şöbəsi sümük qalıqlarının aşkar edilməsi bağlı araşdırmaya başlayıb:

“Tapıntıların cinayət xarakterli ola biləcəyini söyləməyə əsas yoxdur. İlkin müayinə zamanı sümüklərdə heç bir cinayət əlaməti aşkar edilməyib. Ola bilsin ki, bu tapıntı köhnə, tərk edilmiş qəbirlərin olduğu yerdir”.


AzVision.az


Teqlər: Rusiya  





Xəbər lenti