Neft Fondu “Şahdəniz”dən 3,9 milyard dollar gəlir əldə edib

Neft Fondu “Şahdəniz”dən 3,9 milyard dollar gəlir əldə edib
  25 Oktyabr 2021    Oxunub:777
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” yatağı üzrə təbii qaz və kondensat satışından əldə etdiyi gəlirlər 329 milyon 131 min ABŞ dolları olub.
Bu barədə AzVision.az -a ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib. Qeyd olunub ki, o cümlədən, 9 ayda Neft Fondunun “Şahdəniz” yatağı üzrə kondensatın satışından gəlirləri 109 milyon 89 min dollar təşkil edib.

2007-ci ildən cari il sentyabrın 1-dək isə fondun “Şahdəniz” yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirləri 3 milyard 996 milyon dollar olub.

AzVision.az


Teqlər: Neft   Qaz  





Xəbər lenti