Sərhədi keçmək istəyən miqrantlar polşalı əsgərləri yaraladı

 Sərhədi keçmək istəyən miqrantlar polşalı əsgərləri yaraladı
  25 Oktyabr 2021    Oxunub:564
Belarusdan qeyri-qanuni miqrantların sərhədi keçmək cəhdi Polşanın iki əsgərinin yaralanması ilə nəticələnib.
Azvision.az xəbər verir ki, bunu Polşanın sərhəd xidməti məlumat yayıb. Qeyd olunub ki, həftəsonu iki dəfə sərhədi zorla keçməyə cəhd edilib. Belə ki, təxminən 60 və 70 nəfərdən dəstə Polşa ordusunun sərhədçilərinə və əsgərlərinə daş və ağac atıblar:

“İki əsgər xəstəxanaya aparılıb. Polşaya güc yolu ilə girmək cəhdlərinin hər ikisinin qarşısı alınıb”.

AzVision.az


Teqlər: Polşa  





Xəbər lenti