Azərbaycan Vatikanda səfirlik açır

   Azərbaycan Vatikanda səfirlik açır
  25 Oktyabr 2021    Oxunub:1015
Azərbaycanın Vatikanda səfirliyi açılır.
AzVision.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində “Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi müzakirə edilib.

Deputatlar səfirliyin açılmasının tərəflər arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyini diqqətə çatdırıb.

Qanun layihəsi müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.

AzVision.az


Teqlər: Vatikan   Səfirlik  





Xəbər lenti