Peyvənd olunanların sayı açıqlandı

Peyvənd olunanların sayı açıqlandı
  25 Oktyabr 2021    Oxunub:610
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 366 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 251, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 115 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 383 669, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 060 409, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 323 260 təşkil edir.

AzVision.az



Teqlər: Peyvənd  





Xəbər lenti