Hyuston yanğınının nəfəs kəsən anları- VİDEO

Hyuston yanğınının nəfəs kəsən anları- VİDEO
  26 Mart 2014    Oxunub:957
Siz belə yanğın görməmisiniz.
AzVision.az “Associated Press”ə istinadən xəbər verir ki, Hyustonda tikilməkdə olan yaşayış kompleksinin yanğını dramatik saniyələrin yaşanmasına səbəb olub. Dəhşətli yanğında beşinci mərtəbə eyvanında əsir kimi qalan yanğınsöndürən özünü itirmədən, həyatını riskə ataraq dördüncü mərtəbəyə tullanır. Bu zaman onun köməyinə gələn həmkarları yanğınsöndürən maşının açılan pilləkənini ona çatdıra bilir. Lakin ölüm saçan od bu dəfə də hədəfindən əl çəkmir. Yalnız bir neçə saniyəlik məsafə bütöv yanan mərtəbənin onların üstünə aşmasından uzaqlaşdırır. Üzbəüz binada hadisəni videoya çəkən sakinlər də ən yüksək adrenalin yaşayırlar.

Qeyd edək ki, dəhşətli yanğın xəsarətsiz ötüşüb.




Teqlər:  





Xəbər lenti