Bakıda 37 yaşlı kişinin qəflətən ölməsi faktı araşdırılır

   Bakıda 37 yaşlı kişinin qəflətən ölməsi faktı araşdırılır
  25 Oktyabr 2021    Oxunub:769
Bakıda 37 yaşlı kişinin qəflətən ölməsi barədə araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat Xidmətindən AzVision.az -ın sorğusuna cavab olaraq bildirib ki, paytaxt sakini 1984-cü il təvəllüdlü Kamal Namazovun yaşadığı evdə ölməsi barədə Nəsimi rayon prokurorluğuna məlumat daxil olub. K.Namazovun ölümünün səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilib. Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.

Qeyd edək ki, K. Namazovun beş gün əvvəl nigaha daxil olduğu bildirilir. Sosial şəbəkədə Kamal Namazovun ölməsi ilə bağlı məlumatlar yayılıb.

AzVision.az


Teqlər: Prokurorluq  





Xəbər lenti