Mağaza sahibi oğrunu yaxaladı

Mağaza sahibi oğrunu yaxaladı
  26 Mart 2014    Oxunub:909
Sumqayıtda mağaza sahibi oğurluq etmək istəyən keçmiş məhkumu yaxalayıb.
Sumqayıtda mağazadan oğurluq etmək istəyən şəxs saxlanılıb.

Sumqayıt Şəhər Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Sumqayıtda paltar mağazasından oğurluğa cəhd göstərmiş şəxs obyektin sahibi tərəfindən saxlanılıb. Daha sonra hadisə yerinə gələn polis əməkdaşları oğurluğa cəhd etmiş şəxsin kimliyini müəyyən ediblər.

Məlum olub ki, oğurluğa cəhd göstərmiş şəxs əvvəllər də məhkum olunmuş Kiçiknicat Arif Mirzağa oğludur. Hazırda A.Kiçiknicatın ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir, saxlanılan şəxsin digər oxşar başqa cinayətlərdə əli olub-olmadığı araşdırılır.


Teqlər:





Xəbər lenti