Telman İsmayılovun Monteneqroya sığınma səbəbi bəlli olub

Telman İsmayılovun Monteneqroya sığınma səbəbi bəlli olub
  23 Oktyabr 2021    Oxunub :654
Rusiyada qətl və adam oğurluğu cinayətlərində ittiham olunan Azərbaycan əsilli iş adamı Telman İsmayılovun Monteneqroda siyasi sığınacaq almaq səbəbi məlum olub.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Biznesmenin vəkili Miloş Vuksanoviç bildirib ki, Sürix prokurorluğu Telman İsmayılova qarşı çirkli pulların yuyulması işini bağlamaq qərarından sonra o, azadlığa buraxılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Telman İsmayılovun Monteneqroda siyasi sığınacaq istəmək niyyətində olması barədə xəbər yayılıb.

Xatırladaq ki, Telman İsmayılov Monteneqroda saxlanılaraq barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

AzVision.az

Teqlər: Telman-İsmayılov   Minteneqro  







Xəbər lenti