Daha bir Malayziya təyyarəsi qəzaya uğradı

Daha bir Malayziya təyyarəsi qəzaya uğradı
  26 Mart 2014    Oxunub:1021
Təyyarədəki sərnişinlərdən heç kəs xəsarət almayıb
AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, daha bir Malaziya təyyarəsi qəzaya uğrayıb. Terenqau şəhərindən uçuş edən “ATR-72-600” təyyarəsi məcburi eniş edib.

Hadisəyə təyyarənin matorlarının birində baş verən yanğın səbəb olub. Qəza baş verən təyyarənin 2 motoru olub. Yanğın hava gəmisinin mühərriklərinin birindəki sistemdə yaranıb.

Qəza baş verməməsi üçün təyyarə məcburi eniş edib. Təyyarənin içəisində 74 sərnişin olub. Təyyarədəki sərnişinlərdən heç kəs xəsarət almayıb.

Qeyd edək ki, mart ayının 8-də Malayziyanın paytaxtı Kuala Lumpurdan Çinə gedərkən “Boinq 777” təyyarəsi yoxa çıxmışdı. Yoxa çıxan təyyarənin içərisində 239 nəfər sərnişin olub.


Teqlər:





Xəbər lenti