Azyaşlıya qarşı soyğunçuluq edən ələ keçdi

Azyaşlıya qarşı soyğunçuluq edən ələ keçdi
  21 Oktyabr 2021    Oxunub:1249
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yetkinlik yaşına çatmayan şəxsin üzərindəki pulu soyğunçuluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzVision.az -a verilən məlumata görə, araşdırmalarla həmin şəxsin Astara rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunmuş Fəqan Məmmədov olduğu müəyyən edilib.

Saxlanıldıqdan sonra keçirilən şəxsi axtarış zamanı F.Məmmədovdan 5 qram heroin aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırmalar aparılır.

AzVision.az



Teqlər: Azyaşlı  





Xəbər lenti