Büdcəsinin sosialyönümlü xərcləri artıb

Büdcəsinin sosialyönümlü xərcləri artıb
  21 Oktyabr 2021    Oxunub:938
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin sosialyönümlü xərcləri (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) ümumi xərclərinin 43,2 %-ni təşkil etməklə 7 655,2 milyon manat məbləğində icra olunub.
Maliyyə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 483,5 milyon manat və yaxud 6,7% çoxdur.

9 ay ərzində büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanlarının qəbul etdiyi öhdəliklər tam və vaxtında maliyyələşdirilib.


Teqlər:





Xəbər lenti