İbrahim Tatlısəs həbs oluna bilər

İbrahim Tatlısəs həbs oluna bilər
  26 Mart 2014    Oxunub:1174
AzVision.az Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyəli məşhur müğənni İbrahim Tatlısəs barədə maraqlı xəbər yayılıb.

Qardaş ölkədə Twitterin bağlanmasına heç də pis olmadığını bildirən ifaçı sosial şəbəkədə həkimini təhqir etdiyinə görə məhkəməyə verilib. Əməliyyat olunduqdan sonra nitq qüsurunun ortaya çıxdığını iddia edən ifaçı: "Atın diplomunuzu" deyə həkimə söz atıb. Həkim İsmayl Koçak isə buna görə, məhkəməyə şikayət etdiyini bildirib.

Müğənni və həkim arasında hazırda razılaşma aparılır. İbrahim Tatlısəsin vəkili isə bildirib ki, müştərisinin sözləri təhqir deyil. İfaçı barədə "sosial şəbəkə vasitəsi ilə təhqir" günahı ilə 3 aydan 2 ilə qədər həbs cəzası istənilərək məhkəməyə verilib.


Teqlər:  





Xəbər lenti