İran şirkətlərinə Qarabağa qanunsuz yük daşımağı qadağan etdi

   İran şirkətlərinə Qarabağa qanunsuz yük daşımağı qadağan etdi
  20 Oktyabr 2021    Oxunub:1092
Azərbaycan Respublikası ərazisinə rəsmi sərhəd keçidlərindən kənar hər hansı bir giriş bu ölkənin ərazi bütövlüyünün pozulması kimi qiymətləndirilir.
AzVision.az xəbər verir ki, bu barədə İranın Yol və Nəqliyyat Təşkilatının ölkənin beynəlxalq nəqliyyat şirkətlərinə ünvanladığı məktubda qeyd olunub.

Məktubda vurğulanıb ki, İran vətəndaşları və yük maşınları Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalı, Ermənistan vasitəsi ilə Azərbaycanın Laçın şəhəri və Qarabağ bölgəsinə getməməlidirlər.

Bildirilir ki, Azərbaycan qanunlarına əsasən təyin olunan rəsmi sərhəd keçidlərindən kənar əcnəbi ölkələrin vətəndaşlarının bu ölkəyə girişi Azərbaycanın sərhədlərinin pozulması hesab olunur və buna görə həmin şəxslər məsuliyyət daşıyır.

Həmçinin, məktubda o da vurğulanıb ki, İranın beynəlxalq nəqliyyat şirkətləri Azərbaycanın Qarabağ bölgəsi ilə istənilən ticarət müqaviləsi imzalamasınlar, yükdaşıma ilə bağlı sənədlər hazırlamasınlar, məhsullar daşımasınlar.

AzVision.az



Teqlər: İran   Azərbaycan  





Xəbər lenti