“Rebuild Karabakh” sərgisində İsrail pavilyonu açılıb

“Rebuild Karabakh” sərgisində İsrail pavilyonu açılıb
  20 Oktyabr 2021    Oxunub:1098
Bu gün Bakıda işə başlayan "Rebuild Karabakh” sərgisində İsrail pavilyonu açılıb.
AzVision.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik “Twitter”də yazıb.

Səfirin sözlərinə görə, İsrailin su, kənd təsərrüfatı, təhlükəsizlik və ağıllı şəhərlər sahəsində qabaqcıl texnologiyaya sahib olan aparıcı şirkətləri sərgidə təmsil olunur.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: İsrail   Azərbaycan  





Xəbər lenti