Rusiyada bir həftə iş olmayacaq

Rusiyada bir həftə iş olmayacaq
  20 Oktyabr 2021    Oxunub:742
Rusiya Prezidenti Vladimir Putin oktyabrın 30-dan noyabrın 7-dək ölkədə qeyri-iş günləri elan edib.
AzVision.az xəbər verir ki, qərar ölkədə pandemiya ilə bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar qəbul edilib.

Qeyri-iş günlərində əmək haqqı saxlanılacaq.

Xatırladaq ki, Rusiyada son günlər koronavirusla bağlı vəziyyət pisləşib. Son 24 saatda ölkədə 34 073 nəfər koronavirusa yoluxub, 1028 nəfər ölüb.
İndiyədək ölkədə 8 094 825 nəfərdə virus aşkarlanıb, 226 353 nəfər ölüb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti