Metroda qatarların hərəkəti ləngiyib

Metroda qatarların hərəkəti ləngiyib
  20 Oktyabr 2021    Oxunub:1322
“Bakı Metropoliteni” QSC-nin “Qara Qarayev” stansiyasından “Neftçilər” stansiyasına hərəkət edən qatara texniki baxış keçirilməsi zərurəti yaranıb.
Bu barədə AzVision.az -a qurumun mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib. Onun sözlərinə görə, "Neftçilər" stansiyasında sərnişinlər düşürülüb və qatar texniki yoxlama məqsədilə stansiya dalan yoluna verilib.

Nəticədə, iki qatar arasında 4 dəqiqəyə yaxın yubanma olub. Xəttə ehtiyat qatar buraxılıb.

AzVision.az



Teqlər: Metro  





Xəbər lenti