Peskov Putin-Bayden görüşü barədə danışıb

 Peskov Putin-Bayden görüşü barədə danışıb
  20 Oktyabr 2021    Oxunub :390
"Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında bu ilin sonuna kimi görüş keçirilə bilər".
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Bu yaxınlarda Rusiya prezidentinin köməkçisi Yuri Uşakovla ABŞ dövlət katibinin müavini Viktoriya Nuland arasında keçirilən görüşdə müxtəlif variantlar müzakirə edildi, Putin və Bayden arasında görüşün perspektivləri ilə bağlı müəyyən anlaşmalar əldə olundu. Görüşün formatı və tarixi barədə konkret qərar olanda bu barədə məlumat veriləcək", - Peskov söyləyib.

Pərvanə Sultanova
AzVision.az

Teqlər: ABŞ   Rusiya  







Xəbər lenti