Ermənistandakı anti-Rusiya yürüşünə sərt cavab: "Bəsdir rusofobları yedirtdik"

 Ermənistandakı anti-Rusiya yürüşünə sərt cavab:  "Bəsdir rusofobları yedirtdik"
  20 Oktyabr 2021    Oxunub:1438
“Biz İrəvanın mərkəzində son rusofob əməllərini -“Sasna tsrer”in yürüşünü gördük. Bu Rusiyanın yüksək vəzifəli şəxslərinin birbaşa təhqir olunduğu rusofoblar marşı idi. Bunun arxasında nəyin dayandığını bilirik. Sual cənab Paşinyanadır, niyə İrəvanda rusofob yürüşün qarşısının alınması üçün polisdən, güc strukturlarından istifadə etmədi? Cənab Paşinyan harada idi? Kofe içirdi?”. Bunu rusiyalı politoloq, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko “Moskva-Bakı” portalına müsahibəsində deyib.
AzVision.az “Moskva-Bakı” portalına istinadən xəbər verir ki, Korotçenkonun fikrincə, Ermənistana münasibətdə Rusiyanın heç bir illüziyası olmamalıdır. Ermənistan sadəcə tərəfdaşlardan biridir. Formal şəkildə müttəfiq, reallıqda isə situativ tərəfdaşdır. Buna görə də Rusiya Ermənistanla münasibətləri müstəsna halda öz maraqlarına istinadən qurmalıdır. Ermənistanın maraqları Rusiya üçün hətta ikinci də yox, üçüncü dərəcəli olmalıdır.

- Biz Ermənistanda baş verənləri bu ölkədəki siyasi elitanın Rusiyaya münasibətləri prizmasından nəzərdən keçiririk. Qardaş xristian xalqı barədə bütün mantraları (sözləri, ifadələri) qoy daxili siyasətdə istifadə üçün saxlasınlar. Rusiyanın Ermənistanla bütün əlaqələri, o cümlədən də iqtisadi sahədə praqmatizmə söykənməlidir – qaza görə bazar qiymətləri, verilən kreditlərə görə bazar şərtləri. Ermənistana kreditlər müstəsna halda onun qızıl-valyuta ehtiyatlarının girov qoyulması şərtilə verilməlidir. Əgər kreditləri qaytara və ya bağlaya bilmirsə, onda həmin kreditləri qızıl-valyuta ehtiyatları vasitəsilə ödəməlidir. Moskvanın sərt mövqeyi olmalıdır, rusofobları yedirtmək yetər. Ermənistanda isə rusofobiyanın növbəti yüksəlişidir, - İqor Korotçenko vurğulayıb.

Rusiyalı politoloq Paşinyanı yalnız nominal fiqur kimi qiymətləndirərək, hakimiyyətdə bu gün onun, sabah isə başqasının olacağını deyib.

- Sözdən başqa heç nə verməyən Ermənistan Rusiyanın resurslarını sormaq istəyir. Ermənistan özü heç nə etməyə qadir deyil. Hərbi əməliyyatlar səhnəsinin və yeni növ silahların, hərbi texnikanın yaranması nəticəsində Ermənistan Rusiya üçün əvvəlki strateji əhəmiyyətini itirib”, -Korotçenko əlavə edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Korotçenko   Ermənistan  





Xəbər lenti