"Delta" ştamından daha təhlükəli mutasiya aşkarlandı

   "Delta" ştamından daha təhlükəli mutasiya aşkarlandı
  20 Oktyabr 2021    Oxunub:1449
İsraildə COVID-19-un daha təhlükəli olan "AY.4.2" mutasiyası aşkarlanıb. AzVision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, yeni ştam İsrailə xaricdən qayıdan və Ben-Qurion Hava Limanında testdən keçən 11 yaşlı uşaqda təsbit edilib.
"AY.4.2" mutasiyası "delta" ştamından da təhlükəlidir. "AY.4.2" adlanan yeni ştam dünya ölkələrində tüğyan edən sələfindən 10-15% daha infeksion sayılır. Alimlərə görə, "AY.4.2" pandemiya dövründə ən yoluxucu ştama çevriləcək.

AzVision.az


Teqlər: Delta   Koronavirus  





Xəbər lenti