Azərbaycan daha 5 hərbçini Ermənistana təhvil verib

   Azərbaycan daha 5 hərbçini Ermənistana təhvil verib
  19 Oktyabr 2021    Oxunub:1193
Azərbaycan növbəti dəfə humanist addım ataraq daha 5 erməni hərbçini Ermənistana qaytarıb. AzVision.az xəbər verir ki, bu barədə "Sputnik Armeniya" məlumat yayıb. Bildirilir ki, göyərtəsində erməni hərbçilər olan təyyarə artıq Bakıdan İrəvana yola düşüb.
- Azərbaycanın Ermənistan tərəfinə təhvil verdiyi və hazırda Bakıdan İrəvana yollanan hərbçilərin adlarını öyrəndik.

Bunlar: Mels Karapetoviç Ambardanyan, Rafik R. Karapetyan, Jora Vanoeviç Manukyan, Hovsep R. Manukyan, Sedrak Samveloviç Soqomonyandır. Qeyd edək ki, Bakıda saxlanılan Ermənistan vətəndaşlarının geri qaytarılması prosesi Rusiya sülhməramlı kontingentinin keçmiş komandanı, general Rüstəm Muradovun iştirakı ilə baş verir-,deyə sayt iddia edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Hərbçi  





Xəbər lenti