Tanınmış jurnalist koronavirusdan vəfat etdi

   Tanınmış jurnalist koronavirusdan vəfat etdi
  19 Oktyabr 2021    Oxunub :461
Koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu vəfat edib. "Yeni Klinika"nın yaydığı məlumatda bildirilir ki, həkimlərin səyinə baxmayaraq, Elnur Əşrəfoğlunu xilas etmək olmayıb. Xatırladaq ki, 47 yaşlı jurnalist sentyabrın əvvəllərində koronavirusa yoluxub.
Əvvəlcə ev şəraitində müalicə alan E.Əşrəfoğlu daha sonra "Yeni Klinika"ya köçürülüb. O, oktyabrın 11-də ECMO cihazından ayrılıb.

AzVision.az

Teqlər: Koronavirus   Jurnalist  







Xəbər lenti