Alimlər "delta"nın təhlükəli mutasiyası barədə xəbərdarlıq etdilər

Alimlər "delta"nın təhlükəli mutasiyası barədə xəbərdarlıq etdilər
  19 Oktyabr 2021    Oxunub:712
Kembricdəki "Senger" İnstitutunun alimi Cefri Barret və London Universitet Kollecindən Fransua Ballu koronavirusun yeni ştamının ortaya çıxmasını bəyan edib. Yeni növ virusun Hindistan ştamının "davamçısı" sayılır.
AzVision.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
"Virusun yeni variantı -AY.4.2 "delta"nın genetik təkamülünü izləyən virusoloqlar tərəfindən bu yaxınlarda kəşf edilib. O, İngiltərədəki infeksiyaların təxminən on faizini təşkil edir"-, məqalədə yazılıb.
Elm adamlarına görə, yeni mutasiya hələ də dünyada hökm sürən sələfindən 10-15% daha yoluxucudur. Əgər bu yeni növlə bağlı məlumatlar yüksək səviyyədə təsdiq olunsa, AY.4.2 bütün pandemiyada ən yoluxucu koronavirusa çevriləcək.

Tural Tağıyev
AzVision.az



Teqlər: Virus   Alim   Mutasiya  





Xəbər lenti