Dövlət büdcəsinin qalığı 160 milyona düşüb

Dövlət büdcəsinin qalığı 160 milyona düşüb
  19 Oktyabr 2021    Oxunub:754
Bu ilin yanvar- sentyabr aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 17 871,6 milyon manat, xərcləri isə 17 711,9 milyon manat təşkil edib.
AzVision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,5% və 5% azdır.

Son nəticədə büdcədə 159,7 milyon manat qalıq yaranıb. Xatırladaq ki, yanvar-avqust aylarının yekununda büdcə qalığı 310,7 milyon manat olub.

AzVision.az



Teqlər: Büdcə  





Xəbər lenti