Ermənistanda virusa yoluxanların sayı 284 mini keçdi

Ermənistanda virusa yoluxanların sayı 284 mini keçdi
  19 Oktyabr 2021    Oxunub:693
Ermənistanda son sutka ərzində daha 1054 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AzVision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 284 237 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 37 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 5842-yə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1235 nəfərdir. Aktiv xəstələrin sayı 21 339 nəfərdir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan   Virus  





Xəbər lenti