Qaribaşvili Lloyd Austinlə görüşüb

Qaribaşvili Lloyd Austinlə görüşüb
  18 Oktyabr 2021    Oxunub:1035
Gürcüstanın baş naziri İrakli Qaribaşvili Tbilisidə rəsmi səfərdə olan ABŞ-ın müdafiə naziri Lloyd Austini qəbul edib.
AzVision.az xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.

Baş nazir regionda sülh və etimadın bərpa edilməsinin vacibliyini vurğulayıb. O deyib ki, ABŞ-ın yaxın dəstəyi ilə Ermənistan və Azərbaycan arasında Gürcüstanın vasitəçilik səyləri nəticəsində əldə edilən razılaşma regional dialoqa təşviq edir və təhlükəsizlik mühitini inkişaf etdirir.

Hökumət başçısı ABŞ-ın müdafiə nazirinə Gürcüstanın yeni sülh platforması təşəbbüsü olan “Cənubi Qafqaz Dinc Qonşuluq Təşəbbüsü” barədə məlumat verib.

AzVision.az



Teqlər: ABŞ   Gürcüstan  





Xəbər lenti