"Azərbaycana Fransanın dostluq mesajını çatdırıram" - Səfir

   "Azərbaycana Fransanın dostluq mesajını çatdırıram" -  Səfir
  18 Oktyabr 2021    Oxunub:1170
"Azərbaycanın müstəqilliyinin bərpasından otuz il keçir. 18 oktyabr 1991-ci ildən bəri uzun bir yol oldu!".
AzVision.az xəbər verir ki, bu barədə Fransanın ölkəmizdəki səfiri Zakari Qrosun Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə bəyanatında deyilir.

"Azərbaycan öz suverenliyini qoruyub saxladı, öz təhlükəsizliyini, həmçinin vətəndaşlarının təhlükəsizliyini təmin etdi, infrastrukturunu və iqtisadiyyatını inkişaf etdirdi, beynəlxalq əməkdaşlıq qurdu, universitet standartlarını yüksəltdi və əhalisinin sosial ehtiyaclarını ödəmək üçün rifah dövlətinin bərpasına başlayıb", - səfir qeyd edib.

Bəyantda vurğulanıb ki, İkinci Qarabağ münaqişəsinin sonunda atəşkəs razılaşması əldə edildi və bu, gələcəyi hazırlamağa imkan verməlidir: "Bu gün, müstəqilliyin otuz ili münasibətilə Fransanın dostluq mesajını çatdırıram. Azərbaycana Avropa ilə tərəfdaşlığını gücləndirməsini, iqlim və rəqəmsal transformasiyaya uyğunlaşmasını sürətləndirməyi, Ermənistan arasında davamlı sülhün yaradılmasını və Cənubi Qafqazın çiçəklənməsini arzu edirəm".

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Fransa   Səfir  





Xəbər lenti