Sumqayıtda narkotacirlər tutulub

Sumqayıtda narkotacirlər tutulub
  18 Oktyabr 2021    Oxunub:913
Sumqayıtda narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar davam etdirilir.
AzVision.az -ın məlumatına görə, Sumqayıt şəhər Polis İdarəsi 3-cü polis bölməsinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş “Nakolka Samir” ləqəbli Samir Baxışov, İbrahim Əliyev və Murad Cumatov saxlanılıb.

Saxlanılan şəxslərin üzərinə keçirilən baxış zamanı müxtəlif narkotik maddələr aşkar edilib. Belə ki, Samir Baxışovdan müxtəlif çəkilərdə 17 büküm narkotik vasitə olan heroin, İbrahim Əliyevdən narkotik tərkibli amfetamin, Murad Cumatovdan isə 1 büküm heron götürülərək maddi sübut kimi istintaqa təqdim olunub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar. Əldə edilən narkotik vasitələrin mənbələrinin aşkar edilməsi istiqamətində zəruri istintaq, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

AzVision.az



Teqlər: Sumqayıt  





Xəbər lenti