Tacikistanda KTMT ölkələrinin hərbi təlimləri başlayıb

Tacikistanda KTMT ölkələrinin hərbi təlimləri başlayıb
  18 Oktyabr 2021    Oxunub :311
Tacikistanın cənubunda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimləri başlayıb.
AzVision.az xəbər verir ki, “Xarbmaydon” poliqonunda keçirilən təlimlərə dörd min hərbçi, 500-dən çox texnika cəlb edilib.

İlk dəfə olaraq eyni anda üç birgə təlim keçirilir: “Eşalon”, “Axtarış” və “Qarşılıqlı əlaqə”. Tacikistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sözlərinə görə, bu, Əfqanıstanda mürəkkəbləşməyə meylli olan çətin vəziyyətə reaksiyadır.

Oktyabrın 23-dək davam edəcək təlimlərdə KTMT-yə üzv ölkələrin - Ermənistanın, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın hərbçiləri iştirak edir.

Pərvanə Sultanova
AzVision.az

Teqlər: KTMT   Təlim  







Xəbər lenti