Səlcuq Bayraktar atasından yazdı

 Səlcuq Bayraktar atasından yazdı
  18 Oktyabr 2021    Oxunub :451
Türkiyənin “Baykar Makina” şirkətinin texniki direktoru Səlcuq Bayraktar bu gün vəfat edən atası Özdəmir Bayraktardan yazıb.
“Bayraktar” labirinti – TƏHLİL
AzVision.az xəbər verir ki, S.Bayraktar Tvitterdə paylaşımında yazıb:
“Atam, canım, dostum, rəhbərim, mübarizə yoldaşım Allahın rəhmətinə qovuşdu. Canını, qanını, həyatını, sağlamlığını və varlığını millətimizin tam müstəqillik mübarizəsinə həsr etdi. Ondan gəldik, ona dönəcəyik”.
Xatırladaq ki, Özdemir Bayraktar 72 yaşında xərçəngdən vəfat edib. O, sabah Fatih məscidində təşkil olunacaq yas mərasimindən sonra İstanbulda dəfn olunacaq.


Pərvanə Sultanova
AzVision.az

Teqlər: Bayraktar  







Xəbər lenti