Gürcüstan XİN Azərbaycanı təbrik edib

Gürcüstan XİN Azərbaycanı təbrik edib
  18 Oktyabr 2021    Oxunub :266
Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
AzVision.az xəbər verir ki, bu barədə Gürcüstan XİN-in Tvitter hesabında paylaşım edilib.

"Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə Azərbaycan xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq. Biz Gürcüstan və Azərbaycanın möhkəm strateji tərəfdaşlığını yüksək qiymətləndiririk və xalqlarımızın xeyri üçün bunu daha da inkişaf etdirəcəyik", - təbrikdə qeyd olunub.

Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani də Azərbaycanı təbrik edib.

“Bizim strateji tərəfdaşımız olan Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibəti ilə səmimi qəlbdən təbriklərimi çatdırır, Azərbaycan xalqına uğur və firavanlıq arzu edirəm”, - XİN rəhbəri Tvitterdə yazıb.

Pərvanə Sultanova
AzVision.az

Teqlər: Azərbaycan   Gürcüstan  







Xəbər lenti