Rusiyada yoluxma sayı 8 milyonu keçdi

   Rusiyada yoluxma sayı 8 milyonu keçdi
  18 Oktyabr 2021    Oxunub :319
Rusiyada son sutka ərzində daha 34 325 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların sayı 8 027 012 nəfərə çatıb.

Ötən gün Rusiyada 998 nəfər koronavirusdan ölüb. Ümumilikdə koronavirusdan ölənlərin sayı 224 310 nəfərə çatıb. İndiyədək 7 017 055 xəstə sağalıb.

Pərvanə Sultanova
AzVision.az

Teqlər: Rusiya   Virus  







Xəbər lenti