Ukrayna səfiri Azərbaycan xalqını təbrik edib

 Ukrayna səfiri Azərbaycan xalqını təbrik edib
  18 Oktyabr 2021    Oxunub:926
Ukraynanın Bakıdakı səfiri Vladislav Kanevski Azərbaycan xalqını 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
AzVision.az xəbər verir ki, bu barədə diplomat Tvitterdə paylaşım edib.

“Dost Azərbaycana Dövlət Müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə səmimi təbriklərimi çatdırıram. Sizə sülh, harmoniya və firavanlıq diləyirik!", - təbrikdə vurğulanıb.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Ukrayna   Azərbaycan   Təbrik  





Xəbər lenti