"Subay rus qızlarına Türkiyədə istirahət qadağan edilsin" - Rusiyalı deputat

   "Subay rus qızlarına Türkiyədə istirahət qadağan edilsin" -    Rusiyalı deputat
  18 Oktyabr 2021    Oxunub:1391
Rusiya Dövlət Dumasının ermənipərəst deputatı Vitali Milonov yenidən sərsəm açıqlama ilə çıxış edib.
AzVision.az xəbər verir ki, o, "Danışır Moskva” radiostansiyasına müsahibəsində rusiyalı subay qadınların istirahət məqsədilə Türkiyəyə getməsinin qadağan olunmasını təklif edib.

Milonovun sözlərinə görə, bu ölkənin kişilərinin "vicdansız" davranışları ilə bağlı qadınlardan kütləvi şəkildə şikayətlər daxil olur.

O bildirib ki, bir çox rus qızları türk oğlanların toruna necə düşdüklərinin heç fərqində belə olmurlar: "Böyük sevgi haqqında mahnılar oxuyurlar, sonra türk paşası uşağı özünün mülkiyyəti hesab edir, ana isə tamamilə hüquqdan məhrum olunur.
Ona görə də mən subay qızların Türkiyəyə getməsini qadağan edərdim. Heç kim onları saxta içkilərlə məst etməsin, orada içki təhlükəlidir. Onlar alkoqolları Şimali Kiprdən daşıyırlar və daha sonra içkiləri denaturasiya edirlər. Sərxoş vəziyyətdə olan qadınların başlarına gələnlərdən çoxlu şikayətləri var və indi onlar uşaqlarını görə bilmirlər".

Qeyd edək ki, 2021-ci ilin sonunadək Rusiyadan Türkiyə 4 milyona yaxın turistin gələcəyi gözlənilir.

AzVision.az




Teqlər: Rusiya   Türkiyə  





Xəbər lenti