ABŞ Türkiyəyə “F-35”-in əvəzinə "F-16" qırıcılarını təklif edib

ABŞ Türkiyəyə “F-35”-in əvəzinə "F-16" qırıcılarını təklif edib
  17 Oktyabr 2021    Oxunub :758
“Türkiyə “F-35” tipli təyyarələrin alınması üçün ABŞ-a 1,4 milyard dollar ödəyib”
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika ölkələrinə səfərindən öncə Atatürk Hava Limanında jurnalistlərin suallarını cavablandırarkən deyib. Ərdoğan bildirib ki, ABŞ ödənişlərin qarşılığnda Türkiyəyə “F-16” qırıcı təyyarələrinin alınmasını təklif edib.

"Bu baxımdan dedik ki, ölkəmizin müdafiə ehtiyaclarını ödəmək üçün lazım olan bütün addımları atmalıyıq. Döyüş təyyarələrimizi hər zaman hazır və müasir bir vəziyyətə gətirmək üçün səylərimizi davam etdiririk. Əlimizdəki “F-16”-ların modernləşdirilməsindən başlayaraq, yeni əlavə “F-16”-lar almaq şərtilə müdafiə sənayesi bazamızı genişləndirəcəyik".

AzVision.az

Teqlər: ABŞ   Türkiyə  







Xəbər lenti