Paşinyanın məğlub imici Ermənistanı alçaldır

   Paşinyanın məğlub imici Ermənistanı alçaldır
  16 Oktyabr 2021    Oxunub:1539
Məğlub edilmiş, alçaldılmış lider Ermənistanın maraqlarını effektli şəkildə müdafiə edə bilməz. Azərbaycan və Ermənistan liderlərinin MDB dövlət başçılarının sammitində çıxışlarını şərh edən “Erməni mlilli konqresi” partiyası sədrinin müavini Levon Zurabyan öz “Facebook” səhifəsində belə yazıb.
AzVision.az xəbər verir ki, Zurabyan prezident İlham Əliyevin Ermənistanı Azərbaycan ərazilərinin işğalı, məscidlərin məhv olunması, İranla birgə narkotrafikin təşkili və sair kimi günahlarda ittiham etdiyini vurğulayıb.
Azərbaycan prezidentindən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın çıxışına Levon Zurabyan
-Rus dilində yazılmış mətnin çətinliklə oxunması və savadsız adamın tələffüzü, yeri gəlmişkən, bu onun ingilis dilində ünsiyyəti üçün də səciyyəvidir, problemlərini kənara qoyaq. Amma mahiyyət etibarı ilə bu məzlum bir çıxış idi. Paşinyan Əliyevin fərziyyələrinə və yalanlarına, habelə geniş auditoriya qarşısında Ermənistanı növbəti dəfə alçaltmaq cəhdlərinə adekvat cavab vermədi. Paşinyan, o cümlədən, növbəti dəfə Qarabağ münaqişəsinin mahiyyətini və hərbi əməliyyatların başlamasının real günahkralarını təqdim etmədi,-şərhini verib

Zurabyanın fikrincə, Paşinyanın MDB dövlət başçılarının sammitindəki çıxışının onun Ermənistanın maraqlarını necə “müdafiə etdiyini” açıq şəkildə göstərdi.
-Belə liderlə bizim mövqeyimiz bütün platformalrda qətiyyətsiz görünəcək və nəticədə biz həmişə uduzacağıq. Bütün bunlar həm də onu göstərir ki, məğlub edilmiş, alçaldılmış lider ləyaqətlə və effektli şəkildə bizim maraqlarımızı müdafiə edə bilməz,-Levon Zurabyan vurğulayıb.
Bu arada erməni analitik Alen Gevondyan da Ermənistan hakimiyyəti barədə maraqlı açıqlama verib.
“Belə hakimiyyətlər heç vaxt özləri getmirlər, onları kənarlaşdırırlar. Əslində onların özlərinin getməsi barədə düşüncələrdə heç bir məntiq yoxdur. Deyə bilərsinizmi niyə onlar özləri getməlidirlər? Romantik olmayın. Ən nəhayət hakimiyyətdə qalmaq onlar üçün müəyyən təminatdır, xüsusilə də öz şəxsi fiziki təhlükəsizlikləri üçün. Çünki nə törətdiklərini yaxşı bilirlər”,-Gevondyan vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti