Ərdoğanla Merkel arasında görüş keçirilir

   Ərdoğanla Merkel arasında görüş keçirilir
  16 Oktyabr 2021    Oxunub :498
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında görüş başlayıb.
AzVision.az xəbər verir ki, görüş Türkiyə liderinn Tarabyadakı Huber köşkündə keçirilir.

Liderlər ikitərəfli münasibətləri, Liviya, Suriya və Əfqanıstan da daxil olmaqla regional və beynəlxalq gündəmin əsas mövzularını müzakirə edəcəklər.

Xatırladaq ki, bu, siyasətdən getməyə hazırlaşan Almaniya kanslerinin Türkiyəyə 12-ci səfəridir. Ankara və Berlin Merkelin hökumət rəhbəri olduğu müddətdə sıx dialoqda olub. Merkelin ən çox ziyarət etdiyi və ya təmas qurduğu 90 ölkə arasında Türkiyə 10 -cu yeri tutur. Bununla belə o, Türkiyənin Avropa İttifaqı üzvlüyünə hər zaman soyuq münasibət bəsləyib.

Pərvanə Sultanova
AzVision.az

Teqlər: Türkiyə   Almaniya  







Xəbər lenti