Ermənistan diplomatiyasının ermənilərə məğlubiyyəti

  Ermənistan diplomatiyasının ermənilərə məğlubiyyəti
  16 Oktyabr 2021    Oxunub:1444
Ermənistanın ABŞ-dakı səfiri Lilit Makuntsun bu ölkədəki erməni hüquqşünasları assosiasiyasının üzvləri ilə görüşündə heç assosiasiyanın sədri belə iştirak etməyib. Görüş barədə məlumat yayan Makunts isə məsələ ilə bağlı şərhlərə qadağa qoyub.
AzVision.az xəbər verir ki, Assosiasiyanın qeydiyyatdan keçmiş 300 üzvü olmasına və onlardan 30-nun məhz Nyu-Yorkda yaşamasına baxmayaraq, oktyabrın 14-də baş tutan tədbirə cəmi 10 adam qatılıb.

Makunts özünün “Twitter” səhifəsində Assosiasiyanın qəyyumlar şurasının üzvləri ilə görüşdüyünü yazsa da, xəbərə şərh yazmaq mümkün olmayıb. Səfir şərh yazma funkisyasını bloklayıb. Şuranın sədri Lüsi Vartanyan isə ümumiyyətlə, tədbirdə iştirak etməyib. Üstəlik təşkilat özünün rəsmi “Feysbuk” və “Twitter” səhifələrində də tədbiri işıqlandırmayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Ermənistan  





Xəbər lenti