Xəstəxanaya yerləşdirilən Klintonun vəziyyəti açıqlanıb

Xəstəxanaya yerləşdirilən Klintonun vəziyyəti açıqlanıb
  16 Oktyabr 2021    Oxunub:690
"ABŞ-ın keçmiş prezidenti Bill Klintonun sağalmağa doğru gedir, lakin daha bir gecə xəstəxanada qalacaq".
AzVision.az xəbər verir ki, bu barədə onun mətbuat katibi Anxel Urenya Tvitterdə yazıb.

"ABŞ-ın 42-ci prezidenti Klinton “UC Irvine” Tibb Mərkəzində infeksiyadan müalicə almağa davam edir. Qanda leykosit səviyyəsi də daxil olmaqla bütün sağlamlıq göstəricilərində irəliləyiş var. Venadaxili əlavə antibiotikləri qəbul etmək üçün bu gecə də xəstəxanada qalacaq", - o deyib.

Xatırladaq ki, Klinton qanda infeksiya səbəbi ilə xəstəxanaya yerləşdirilib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Bill-Klinton  





Xəbər lenti